Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "436 yaşlı türk kəndi necə erməniləşdirildi?" adlı süjet hazırlanıb.
"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul toponimi haqqında söz açılıb.
Bildirilib ki, qədim türk-oğuz yurdlarına süni yerləşdirilən gəlmə ermənilər Qərbi Azərbaycan ərazilərini hərtərəfli zəbt etməklə yanaşı, həm coğrafi, həm də siyasi təxribatlarla məşğul olublar.
Bəxtiyar - Şəmşəddil mahalının Karvansara, sonralar İcevan adlandırılan rayon ərazisində kənd olub.
Bilək - Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov və Vayk adlandırılan rayonda kənd adıdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunub və 1920-ci ildə ləğv edilib. İndi xaraba kənddir.
Birəli - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd adıdır. Kəndin adı tarixi mənbələrdə Pirilər, Yuxarı Pirli, Birəli kimi qeyd edilib. 1968-ci ildə kəndin adı dəyişdirilib Lancar qoyulub.
Birinci Alyanlı - Zəngəzur mahalınım Gorus rayonu ərazisində kənd olub və 1905-1906-cı illərdə dağıdılaraq xarabalığa çevrilib.
Birinci Bəhlul - Talın mahalının Talin rayonu ərazisində kənd olub və 1940-cı ildə ləğv edilərək xarabalığa çevrilib.
Daha ətraflı linkdə:
Qərbi Azərbaycan Xronikası: Bilək və Birinci Bəhlul kəndləri ermənilər tərəfindən xarabalığa çevrilib
