IMG-LOGO

"Yuventus" qapıçı axtarışına başlayıb

24 Feb 2026 23:57 3 baxış
IMG

İtaliyanın "Yuventus" klubu qapıçı mövqeyini gücləndirmək niyyətindədir.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi Mikel Di Qreqorionun çıxışından narazıdır və daha yüksək səviyyəli qolkiper axtarır.

"Qoca sinyora"nın çərçivəsini qorumağa əsas namizədlər Alisson Bekker ("Liverpul") və Quqlielmo Vikariodur ("Tottenhem"). Alissonun "Liverpul"la müqaviləsinin müddəti 2027-ci ildə başa çatır, həmçinin o, baş məşqçi Luçano Spaletti ilə vaxtilə "Roma"da birgə çalışıb.

Mənbənin yazdığına görə, "Yuventus" artıq Vikarionun meneceri ilə təmasa keçib. "Tottenhem" qapıçını 25–30 milyon avro dəyərində qiymətləndirir.

Xəbər lenti