IMG-LOGO

Əraqçi: ABŞ ilə saziş bağlamaq üçün tarixi fürsət var

24 Feb 2026 21:55 4 baxış
IMG

İran ədalətli və bərabərhüquqlu sazişə ən qısa müddətdə nail olmaq üçün Cenevrədə ABŞ ilə danışıqları bərpa edəcək.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.

O, bunu əvvəlki danışıqlar raundunda əldə edilmiş razılaşmalara əsaslanaraq bildirib. "Qarşılıqlı maraqları nəzərə alan və ümumi məqsədlərə nail olunmasını təmin edən misilsiz bir saziş bağlamaq üçün tarixi fürsətimiz var" , - Əraqçi qeyd edib.

Onun sözlərin görə, saziş mümkündür, lakin bunun üçün yalnız diplomatiyaya üstünlük verilməlidir:

"Biz sübut etdik ki, suverenliyimizi cəsarətlə qorumaq üçün heç bir şeydən çəkinmərik. Eyni cəsarəti danışıqlar masasında da nümayiş etdiririk, burada istənilən fikir ayrılığının dinc yolla həllinə çalışacağıq".

Xəbər lenti