IMG-LOGO

Gəncədə tonqala yıxılan yeniyetmə xəstəxanaya yerləşdirilib

24 Feb 2026 20:42 4 baxış
IMG

Gəncədə çərşənbə tonqalına yıxılan yeniyetmə yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində 15 yaşlı T.Şükürov çərşənbə tonqalının üzərindən tullanmaq istəyən zaman ehtiyatsızlıqdan ocağa yıxılıb.

Nəticədə o, yanıq xəsarətləri alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti