IMG-LOGO

Azərbaycan "Goldman Sachs" ilə əməkdaşlıq perspektivlərini nəzərdən keçirib

24 Feb 2026 18:04 4 baxış
IMG

Azərbaycan və ABŞ-nin "Goldman Sachs" şirkəti arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, "Goldman Sachs"ın Aktivlərin və sərvətin idarəedilməsi bölməsinin müştəri biznesi üzrə qlobal rəhbəri Met Qibsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkəmizlə şirkət arasında səmərəli tərəfdaşlığı vurğulanıb: "Azərbaycanın biznes mühitinin, makroiqtisadi sabitliyinin və qlobal çağırışlara uyğun iqtisadi prioritetlərinin strateji investisiyalar üçün əlverişli imkanlar yaratdığını qeyd etdik".

Xəbər lenti