"Turan Tovuz" komandasının müdafiəsini yarmaq çox çətindir.
"Report" xəbər verir ki, bu barədə "Qəbələ" klubunun baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında açıqlama verib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XIV turundan təxirə salınmış oyunda "Turan Tovuz"a üç cavabsız qolla məğlub olmaları barədə fikirlərini bölüşüb:
"Oyunun gedişatı barədə çox danışmaq istəmirəm. İlk növbədə "Turan Tovuz"u təbrik edirəm. Matça olduqca uğursuz başladıq və ilk dəqiqələrdə iki top buraxdıq. "Turan Tovuz" kimi təcrübəli rəqibə qarşı erkən qollar buraxdıqdan sonra oyuna qayıtmaq çətin olur. Rəqibin ikinci qolundan sonra bir neçə real imkan qazandıq, amma təəssüf ki, bunları dəyərləndirə bilmədik. Əgər həmin epizodlarda qol vura bilsəydik, oyunun axarı dəyişə bilərdi.
İkinci hissənin əvvəlində isə öz qapımıza vurduğumuz qol vəziyyəti daha da çətinləşdirdi. Bundan sonra komanda istədiyi oyunu sərgiləyə bilmədi. "Turan Tovuz" müdafiədə çox intizamlı çıxış edir və onların müdafiəsini yarmaq həqiqətən də çox çətindir".