IMG-LOGO

Nikoloz Samxaradze: Azərbaycanla Ermənistan arasında normallaşma regionun mənzərəsini sabitləşdirir

24 Feb 2026 16:40 3 baxış
IMG

Azərbaycanla Ermənistan arasında normallaşma Cənubi Qafqaz regionunun mənzərəsini sabitləşdirir.

"Report" xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan tərəflər arasında vasitəçi rolunu oynamağa hər zaman hazırdır: "Biz sülhü dəstəkləyirik".

N.Samxaradze həmçinin bildirib ki, Türkiyə Gürcüstanla iqtisadi əməkdaşlıq edən ilk ölkələrdən biridir:

"Gürcüstana gələn turistlərin sırasında Azərbaycan və Türkiyədən olanlar ilk beşlikdə yer alır. Ümumilikdə isə bizə turistlərin 60 faizi qonşu ölkələrdən gəlir".

Xəbər lenti