IMG-LOGO

Xocalı soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindəndir - RƏY

24 Feb 2026 15:44 2 baxış
IMG

Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində misli görünməmiş vəhşilik aktıdır.

Bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi bəşər tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər.

Vüqar Rəhimzadə qeyd edib ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin yarıtmaz siyasəti, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları nəticəsində baş verən təhlükələrin, faciələrin qarşısı alındı, həqiqətlərin, o cümlədən XX əsrin ən dəhşətli soyqırımı aktı olan Xocalı qətliamının əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atıldı:

"Son 22 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirib".

Vüqar Rəhimzadə vurğulayıb ki, həqiqətlərin təbliği istiqamətində atılan addımların nəticəsidir ki, Xocalı soyqırımı ilə bağlı artıq 18 ölkənin qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib.

"Ümumilikdə demək olar ki, XX əsrin sonunda baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir".

Xəbər lenti