IMG-LOGO

"Sabah"ın hücumçusu Coy-Lens Mikels: "Fiziki cəhətdən istədiyim səviyyədə deyiləm"

24 Feb 2026 13:17 3 baxış
IMG

"Sabah"da 100-cü oyununu keçirən almaniyalı futbolçu Coy-Lens Mikels fiziki cəhətdən istədiyi səviyyədə deyil.

31 yaşlı hücumçu bu barədə "Report"a açıqlama verib.

Forvard zədəsi sağalandan sonra yaşıl meydanlara qayıtması ilə bağlı danışıb:

"Hazırda fiziki cəhətdən istədiyim səviyyədə deyiləm. Mümkün qədər tez formamı bərpa edərək, komandama daha yaxşı kömək etmək istəyirəm".

O, Misli Premyer Liqasında 100-cü matçına çıxması ilə bağlı fikirlərini bölüşüb:

"Sabah"ın heyətində ölkə çempionatında 100-cü oyunumu keçirməyim məni çox sevindirdi. Bu, mənim sevimli klubumdur. Ona görə belə nəticə mənim üçün çox böyük məna daşıyır".

Qeyd edək ki, Coy-Lens Mikelsin yubileyi XXI tura təsadüf edib. O, "Kəpəz"lə ev qarşılaşmasında (1:0) meydana sonradan çıxıb. Azərbaycanda yalnız bir klubda – "Sabah"da forma geyinən 32 yaşlı forvard 100 oyunda 47 qol vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.

Xəbər lenti