İtaliyanın "Latsio" klubunun yarımmüdafiəçisi Nikolo Rovella sağ körpücük sümüyünün sınığı səbəbindən əməliyyat olunub.
"Report" Roma təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat uğurla keçib.
İtaliya millisinin 24 yaşlı üzvü fevralın 21-də A Seriyasının 26-cı turunda "Kalyari" ilə keçirilən görüşdə (0:0) xəsarət alıb. Onun yaxın günlərdə xüsusi reabilitasiya proqramına başlayacağı bildirilir.
Müqavilə ilə "Yuventus"a məxsus olan və icarə əsasında "Latsio"da çıxış edən N.Rovella cari mövsümdə cəmi 9 matçda iştirak edib. O, ötən ilin sentyabrından bu ilin yanvarına qədər osteomielit xəstəliyi səbəbindən yaşıl meydanlardan uzaq qalıb.
Qeyd edək ki, "Latsio" hazırda turnir cədvəlində 34 xalla 10-cu pillədə qərarlaşıb.