IMG-LOGO

"Nyukasl"ın zədəli futbolçularının adları açıqlanıb

24 Feb 2026 13:48 3 baxış
IMG

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"la cavab matçına çıxacaq "Nyukasl"ın (İngiltərə) zədəli futbolçularının adları açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Zədə problemləri davam edən İngiltərə klubunun 3 futbolçusu - Bruno Gimarayeş, Tino Livramento və Emil Kraft bu gün meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıda keçirilən ilk görüşdə "Qarabağ" rəqibinə 1:6 hesabı ilə uduzub.

Xəbər lenti