IMG-LOGO

Fuat Oktay: Hazırda əsas məqsədimiz bölgədə sülh və təhlükəsizliyin təmin edilməsidir

24 Feb 2026 13:53 3 baxış
IMG

Bu gün əsas məqsəd bölgədə tərəqqi, sülh və təhlükəsizliyin təmin edilməsidir.

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Türk şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlaması zamanı deyib.

O, bu torpaqların həm təbii sərvətləri, həm də insan kapitalı baxımından son dərəcə geniş imkanlara malik olduğunu vurğulayıb:

"Azərbaycanın bu gün dünyada neft-qazın ixracı və daşınması sahəsində ilk sıralarda yer aldığını öyrənməkdən məmnun olduğumuzu bir daha ifadə etmək istəyirəm. Lakin bu gün əsas məqsədimiz bölgənin inkişafı, tərəqqisi, eləcə də regionda sülh və təhlükəsizliyin təmin edilməsi və daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdir".

Xəbər lenti