IMG-LOGO

Toyota Yaponiyanın ilk sürücüsüz taksisini istifadəyə verəcək

11.02.2024 10:30 66 baxış
IMG

Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2024-cü ilin yayından başlayaraq Daiba ərazisində sərnişinləri daşıyacaq avtonom taksi xidmətinə başlamaq niyyətindədir.

Lent.az-ın “Yomiuri” qəzetinə istinadən məlumatına görə, beləliklə, pilotsuz nəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarda bu məqsədlər üçün istifadəsi Yaponiyada ilk dəfə sınaqdan keçiriləcək.

Tokio körfəzinin sahilində yerləşən Daiba ticarət və əyləncə rayonu Tokionun turistik yerlərindən biri hesab olunur. Avtomobil istehsalçısı əvvəlcədən müəyyən edilmiş marşrut üzrə bölgənin qonaqlarına pulsuz nəqliyyat təmin etməyi planlaşdırır. Daşınma üçün xüsusi sensorlar və yol şəraitinin real vaxt rejimində monitorinqinə və təhlükəli vəziyyətlərin proqnozlaşdırılmasına imkan verən süni intellekt texnologiyası ilə təchiz edilmiş Toyota Sienna minivenindən istifadə olunacaq.

Xəbər lenti