IMG-LOGO

ABŞ yanacaq dolduran təyyarəsini itirdi - Sağ qalan olmadı

13 Mar 2026 02:36 5 baxış
IMG
2 0

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135” tipli yanacaq dolduran təyyarə cümə axşamı İraqın qərbində qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, İraqın qərbində qəzaya uğrayan təyyarənin 6 ekipaj üzvünün hamısı həlak olub.

Zədələnmiş bir digər “KC-135” tipli təyyarə isə İsraildə uğurla eniş edib.

Qeyd edə ki, KC-135 əsas hava yanacaqdoldurma təyyarəsidir. Təyyarə tək bir uçuşda 90 tona qədər yanacaq ötürə bilir. Bu nəhəng təyyarənin dəyəri təxminən 25 milyon dollardır.

Pentaqon təyyarənin vurulması ilə bağlı xəbərləri təkzib edib. Məlumata görə İrana qarşı əməliyyatlar zamanı itirilən dördüncü ABŞ təyyarəsidir.

yanacaq təyyarə ABŞ

Xəbər lenti