Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Rəhimov Samir Məhəmməd oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bizim WhatsApp kanalımıza abunə olun