Misli Premyer Liqasında XIV turdan təxirə salınan oyun bu gün keçiriləcək.
"Report"un məlumatına görə, "Turan Tovuz" komandası "Qəbələ"nin qonağı olacaq.
Qarşılaşma saat 15:00-da start götürəcək.
Tovuz klubu 37 xalla 3-cü, meydan sahibləri 15 xalla 10-cu sıradadır.
Qeyd edək ki, ötən ilin dekabrında keçirilən oyun Qəbələdəki duman səbəbindən yarımçıq dayandırılmışdı.