IMG-LOGO

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilir

24 Feb 2026 09:17 3 baxış
IMG

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilir.

"Report" xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu "Qarabağ" səfərdə "Nyukasl"ın qonağı olacaq.

"Atletiko" Madriddə "Brügge"ni qəbul edəcək. Bu komandalar arasındakı ilk görüş heç-heçə başa çatıb.

Digər oyunlarda "Bayer 04" "Olimpiakos"la, "İnter" isə "Budyo Qlimt"lə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

24 fevral

21:45. "Bayer 04" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 2:0

00:00. "İnter" (İtaliya) - "Budyo Qlimt" (Norveç)

İlk oyun -1:3

00:00. "Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 6:1

00:00. "Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)

İlk oyun - 0:2

Qeyd edək ki, pley-off mərhələsinin digər görüşləri sabah baş tutacaq.

Xəbər lenti