İspaniyanın "Atletiko" klubunun hücumçusu Antuan Qrizmann ABŞ-nin "Orlando Siti" klubuna keçməyə yaxındır.
"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, MLS təmsilçisi fransalı futbolçunun transferi ilə bağlı fəal danışıqlar aparır.
"Orlando Siti" martın 26-dək davam edəcək əsas "transfer pəncərəsi" zamanı dünya çempionunu heyətinə qatmağa çalışır. ABŞ klubunun idman direktoru Rikardo Moreyra artıq bu məqsədlə İspaniyada olub.
ABŞ mədəniyyətinə və NBA-ya xüsusi marağı olan Antuan Qrizmannın karyerasını okeanın o tayında davam etdirməyə müsbət yanaşdığı bildirilir.