IMG-LOGO

Türkiyə Superliqası: "Qalatasaray"ın məğlub olduğu turda "Fənərbağça" qələbəni əldən verib

23 Feb 2026 23:14 2 baxış
IMG

"Fənərbağça" Türkiyə Superliqasının XXIII turunda "Kasımpaşa" ilə heç-heçə oynayıb.

"Report"un məlumatına görə, "sarı-lacıvərdlilər" doğma meydanda qələbəni son anda əldən verib.

Ev sahiblərinin heyətində Marko Asensio 90+5-ci dəqiqədə hesabı açıb. Lakin 10 nəfərlə mübarizə aparan qonaq komanda 90+11-ci dəqiqədə Cim Allevina ilə "status-kvo"nu bərpa edib - 1:1.

Qeyd edək ki, ötən gün turnir cədvəlinin lideri "Qalatasaray" "Konyaspor"a (0:2) məğlub olub.

Bununla da Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv əzəli rəqibi ilə xallarının sayını bərabərləşdirmək şansını əldən verib.

"Qalatasaray" 55 xalla birinci pillədə yer alıb. "Fənərbağça" isə 53 xalla ikinci sırada qərarlaşıb.

Xəbər lenti