Rusiyanın Samara şəhərində 20 yaşlı oğlan ona irad bildirən ögey atasını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə “Sovetski” məhəlləsində baş verib. Yeməkdən sonra gənc oğlan mətbəxdə musiqi dinləyib və bu ögey atasının xoşuna gəlməyib. Belə ki, kişi yüksək səsli musiqiyə görə ögey oğlunu danlayıb.
Bir müddət sonra münaqişə davaya çevrilib və gənc bıçaq götürərək, ögey atasını vurub. Hadisədən sonra oğlan qaçaraq səhərə kimi çayın kənarındakı kolluqlarda oturub. Yaralının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı “qətl” maddəsi ilə cinayət işi açılıb. Cinayətkar saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.