IMG-LOGO

Peruda helikopter qəzası: 15 nəfər öldü

23 Feb 2026 21:42 2 baxış
IMG
1 0

Perunun cənubunda Mi-17 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 15 nəfər həlak olub. Lent.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan Çala-Vyexo yaşayış məntəqəsi ərazisində, Karaveli əyalətində, Arekipa rayonunda tapılıb.

Hadisə yerinə gələn xilasedicilər ekipajın 4 üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Ölənlərin arasında uşaqlar da var.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib.

peru helikopter qəzası

Xəbər lenti