IMG-LOGO

UEFA "Benfika"nın futbolçusunu "Real"la oyun öncəsi diskvalifikasiya edib

23 Feb 2026 19:16 3 baxış
IMG

UEFA-nın İntizam Komitəsi Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının pley-off mərhələsində "Real"la keçiriləcək cavab oyunundan kənarlaşdırıb.

"Report" xəbər verir ki, qurumun açıqlamasına görə, Prestianni UEFA-nın ayrı-seçkiliklə bağlı intizam qaydalarını pozduğu üçün növbəti matçda oynaya bilməyəcək.

Bu qərar davam edən araşdırmanın nəticələrinə təsir etməyəcək.

Qeyd edək ki, Portuqaliyada keçirilən ilk oyunda "Kral klubu" 1:0 hesablı qələbə qazanıb. Matçda yeganə qolu vuran Vinisiusun irqçi təhqirə məruz qaldığı bildirib. İspaniya mətbuatı bu təhqirin Prestianni tərəfindən edildiyini yazıb. Cavab oyunu 25 fevralda Madriddə keçiriləcək.

Xəbər lenti