IMG-LOGO

Vəkillərin İntizam Komissiyasında intizam icraatları üzrə 14 işə baxılıb, 11 işlə bağlı rəylər qəbul edilib

10.02.2024 13:59 68 baxış
IMG

Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda 19 müraciət əsasında (onlardan 5 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 14 işə baxılıb, 3 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 11 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub.

İclasda eyni zamanda 7 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması, 2 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, 1 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması və 1 intizam işi üzrə icraata xitam verilməsinə dair məsələ qaldırılıb.

Müvafiq rəy qəbul edilən işlərin 9-u fiziki şəxslərdən, 2-si isə məhkəmələrdən daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 5-i fiziki şəxslərin, 2-si isə məhkəmələrin müraciətləri üzrədir.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən intizam işlərindən, 4 intizam işində “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi, 2 intizam işində “vəkilin qabaqcadan təyin olunan məhkəmə iclasında hər hansı üzürlü səbəb olmadan iştirak etməməsi, 1 intizam işində “vəkilin dövlət hesabına hüquqi yardımın göstərilməsi vəzifəsini lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi, 1 intizam işində “vəkilin diqtəsi ilə müvəkkilinə hüquqi yardımın göstərdiyi işlə bağlı ayrı-ayrı orqanlara ünvanlanmış müraciətlərdə işə baxan hakimlərə münasibətdə qeyri-etik, kobud və nalayiq ifadələrin işlədilməsi”, 1 intizam işində “vəkilin öz müvəkkili olan təqsirləndirilən şəxsin və dövlət orqanının ünvanına qeyri-etik, kobud və nalayiq ifadələr işlətməsi, 1 intizam işində “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müvafiq müqavilə bağlamadan, müraciət edən şəxsdən işin onun xeyrinə həllini vəd edərək müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması və heç bir iş görməməsi halları intizam pozuntusu kimi qiymətləndirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti