IMG-LOGO

Mahir Emreli: "Bu mövsüm daha çox qol vurmaq istəyirəm"

23 Feb 2026 13:22 2 baxış
IMG

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli cari mövsümdə daha çox qol vurmaq istəyir.

"Report" xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə "Der-betze-brennt" nəşrinə açıqlamasında deyib.

Zədəsini sağaldandan sonra yaşıl meydana qayıdan forvard çətin dövrdən keçdiyini söyləyib:

"Əvvəla, son bir neçə ay ərzində reabilitasiya müddətimdə mənə kömək edən və dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. İndi özümü 85-90 faiz formada hiss edirəm və motivasiyam 100 faizdir. Bu mövsüm daha çox oynamaq və qol vurmaq istəyirəm".

Qeyd edək ki, Mahir Emreli ötən gün II Bundesliqada "Pröyssen"ə (Münster) qalib gəldikləri (3:2) səfər matçının 88-ci dəqiqəsində meydana çıxıb. O, 2025-ci ilin noyabrında zədələndiyi üçün uzun müddət oynaya bilməyib.

Xəbər lenti