IMG-LOGO

"Yuventus" hücumçusu ilə yollarını ayırmaq istəyir

23 Feb 2026 13:01 3 baxış
IMG

İtaliyanın "Yuventus" klubu futbolçusu Lois Openda ilə yollarını ayırmaq istəyir.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisi 26 yaşlı hücumçunun çıxışından razı deyil.

Klub mövsümün sonunda onu satmaq üçün potensial alıcılar axtarır. "Qoca sinyora" belçikalı forvardı icarəyə də verə bilər.

Qeyd edək ki, Lois Openda cari mövsüm meydana çıxdığı 31 matçda (986 dəqiqə) cəmi 2 qol vurub.

Xəbər lenti