IMG-LOGO

Adam öldürən azərbaycanlıları ömürlük həbs gözləyir - HADİSƏ ANI

10.02.2024 11:56 75 baxış
IMG

Ötən yay Rusiyanın Krasnoyarsk vilayətində bir nəfəri öldürən azərbaycanlıları ömürlük həbs gözləyir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Krasnoyarsk diyarı üzrə İstintaq Komitəsi bir nəfəri qətlə yetirməkdə və iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən 4 Azərbaycan vətəndaşının cinayət işi üzrə istintaqı yekunlaşdırıb.

Xatırladaq ki, sərxoş kişilər bara gələn iki nəfərlə münaqişəyə giriblər.

Azərbaycanlılardan biri “cinayətkarlara dərs olsun” deyə qardaşını köməyə çağırıb. Onlar mağazanın yaxınlığında evli cütlük və onların dostunu görüblər. Onlar qadının ərinə hücum edərək onun bədəninin müxtəlif nahiyələrinə yumruq təpik və çəkiclə vurmağa başlayıblar. Zərərçəkənin arvadı və tanışı onu qorumağa çalışıblar. Bu zaman azərbaycanlılardan biri bıçaq çıxararaq onları bıçaqlamağa başlayıb. Cütlük xəstəxanaya çatdırılıb, onların dostu isə aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hazırda cinayət işi ittiham aktının təsdiq edilməsi və daha sonra mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsi üçün prokurorluğa göndərilib. Azərbaycandan olan miqrantları 20 ilə qədər və ya ömürlük həbs gözləyir.

 

Xəbər lenti