IMG-LOGO

Şəmkirdə evdə PARTLAYIŞ

10 Feb 2024 08:12 148 baxış
IMG

Şəmkirdə evdə partlayışla müşahidə olunan yanğın olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

Partlayışda qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.

O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

21 yaşlı gənc oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti