"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Göygöl rayonunda Göygöl, Samux və Daşkasən sakinlərini qəbul edib.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib.
Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.