Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü R. Sarıyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Həkimlər zərərçəkənin vəziyyətinin orta-ağır olduğunu bildiriblər.
33 yaşlı kişinin hansı şəraitdə dərmandan zəhərləndiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
gəncə zəhərlənmə