IMG-LOGO

Premyer Liqanın XXI turunda "Sumqayıt" "Qəbələ" ilə bərabərə qalıb

20 Feb 2026 21:25 2 baxış
IMG

Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qəbələ" ilə qarşılaşan "Sumqayıt" rəqibi ilə qolsuz heç-heçə edib.

34-cü dəqiqədə "Qəbələ"nin futbolçusu Ba Lua penaltidən fərqlənə bilməyib.

Bu nəticədən sonra "gənclik şəhəri" təmsilçisi 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Qəbələ" isə 15 xalla onuncudur.

Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" "Zirə"ni (2:0) məğlub edib. XXI tura fevralın 22-də yekun vurulacaq.

Xəbər lenti