IMG-LOGO

Kurban Berdıyev: "Əvəzetmələrdən sonra bir qədər təşəbbüsü əldən verdik"

20 Feb 2026 19:44 4 baxış
IMG

"Turan Tovuz" "Zirə" ilə matçda əvəzetmələrdən sonra təşəbbüsü əldən verib.

"Report" xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında bildirib.

O, Misli Premyer Liqasının XXI turunun açılış matçı barədə danışıb:

"İlk hissədə oyunumuz pis alınmadı. Əvəzetmlərdən sonra bir qədər təşəbbüsü əldən verdik. Xüsusilə Jo oyundan çıxdıqdan sonra. Çünki bu Filip Ozobiçin mövqeyi deyildi. Allaha şükürlər olsun ki, qələbə qazandıq".

Qeyd edək ki, "Turan Tovuz" - "Zirə" oyunu bölgə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Xəbər lenti