IMG-LOGO

Premyer Liqa: "Turan Tovuz" "Zirə"yə qalib gələrək turnir cədvəlində rəqibini qabaqlayıb

20 Feb 2026 18:51 4 baxış
IMG

Misli Premyer Liqasında XXI tura "Turan Tovuz" - "Zirə" oyunu ilə start verilib.

"Report"un məlumatına görə, "Azərsun Arena"da baş tutan oyunda qərb təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

Qolları Filip Ozobiç (11) və Xorxe Silva (19) vurublar.

"Turan Tovuz" 37 xalla turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. "Zirə" isə 35 xalla dördüncü sıraya geriləyib.

Qeyd edək ki, XXI tura fevralın 22-də yekun vurulacaq.

Xəbər lenti