Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar fevralın 2-də saat 17:00 radələrində 2 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Lent.az bildirior ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib: "Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir".
***
17:10
Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.
Şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib. Nəticədə 42 yaşlı A.Zamanov, 58 yaşlı Ə.Paşayev və daha bir nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./APA
Hadisələr