IMG-LOGO

Azər Bağırov: "Veysəl Rzayevin "Kəpəz"dəki taleyinə "Sabah"la oyundan sonra aydınlıq gələcək"

20 Feb 2026 17:33 5 baxış
IMG

"Kəpəz"in futbolçusu Veysəl Rzayevin taleyinə Misli Premyer Liqasının XXI turunda "Sabah"la keçiriləcək oyundan sonra aydınlıq gələcək.

Bunu "Report"a açıqlamasında Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov deyib.

O, bir neçə gün əvvəl bıçaqlanan yarımmüdafiəçinin komandada qalıb-qalmayacağına aydınlıq gətirib:

"Bazar günü "Sabah"la oyunumuz var. Bu matçdan sonra dəqiqləşdirəcəyimiz detallar olacaq. Onun mövcud durumu, meydana qayıdacağı müddət və digər məqamlar nəzərə alınaraq qərar qəbul ediləcək".

Qeyd edək ki, "Kəpəz" Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Xəbər lenti