IMG-LOGO

Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır

08 May 2026 06:06 26 baxış
IMG

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin parlamentinin Nümayəndələr Palatasının üzvü, Beynəlxalq Münasibətlər və Ticarət üzrə xüsusi seçilmiş Komitənin sədri Tuan Vonq Çenlə görüşüb.

"Report" xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyi "X" sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.

"Görüşdə əsas diqqət Azərbaycan–Malayziya ikitərəfli münasibətlərinin möhkəmləndirilməsinə, parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə və ticarət, investisiya, eləcə də beynəlxalq məsələlər sahəsində daha dərin əməkdaşlıq imkanlarının araşdırılmasına yönəldilib", - paylaşımda bildirilib.

Xəbər lenti