IMG-LOGO

"Mingəçevir"in baş məşqçisi 4 oyunluq cəzalanıb, klub 3000 manat cərimələnib

20 Feb 2026 14:20 4 baxış
IMG

Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" klubunun baş məşqçisi Ramiz Məmmədov 4 oyunluq cəzalanıb.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mütəxəssis XV turda "Şəfa"ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3000 manat cərimələnib.

Bundan başqa, sözügedən görüşdə "Şəfa"nın futbolçusu Vüqar Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 150 manat ziyana düşüb.

"Mingəçevir" komandası istifadə etdiyi paltardəyişmə otağına dəymiş zərəri də qarşılayacaq.

Turun "Şimal" – "Şahdağ Qusar" matçında ikincilərin futbolçusu Vüsal Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq diskvalifikasiya olunub, komandası 900 manat cərimələnib.

Xəbər lenti