IMG-LOGO

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 % artıb

20 Feb 2026 14:39 5 baxış
IMG

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 41,1 milyon manat olub.

"Report" yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,9 % çoxdur.

Xatırladaq ki, ötən ay Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 294,7 milyon manat olub.

Bu, 1 il əvvələ nisbətən 13,3 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 110 694 ədəd yeni nəsil NKA quraşdırılıb.

Xəbər lenti