Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ofelya Həsənovanın cinayət işi üzrə keçirilən prosesdə hökm oxunub.
Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək O. Həsənovanın daha öncə ona təyin olunmuş 5 il azadlıqdan məhrumetmə cəzası ilə hazırki cəzası toplanmaqla qəti olaraq 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən istəyib.
Təqsirləndirilən şəxs mülki iddia ilə bağlı bildirib ki, 20 min manat alıb onu da ödəməyə hazırdır: “118 min 708 manat mülki iddianı qəbul etmirəm və ödəməyəcəm”.
Qısa sürən müşavirədən sonra məhkəmə tərkibi Ofelya Həsənovaya təyin olunmuş 5 il azadlıqdan məhrumetmə cəzası ilə hazırkı cəzası toplanmaqla qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Mülki iddia isə qismən təmin edilib, 103 min manatın zərərçəkmişə ödənməsi qeyd edilib.
Xatırladaq ki, Ofelya Həsənovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) üzrə cinayət işi açılıb. O, zərərçəkmiş şəxsə 118 min 708 manat ziyan vurub.
Hadisələr