IMG-LOGO

Nəriman Axundzadənin klubu Portuqaliya yığmasının və "Barselona"nın sabiq futbolçusunu transfer edib

20 Feb 2026 09:38 3 baxış
IMG

Azərbaycanlı futbolçu Nəriman Axundzadəni transfer edən ABŞ-nin "Kolambus Kryu" klubu heyətini məşhur yarımmüdafiəçi ilə gücləndirib.

"Report" xəbər verir ki, MLS təmsilçisi Portuqaliya millisinin sabiq üzvü Andre Qomeşin keçidini rəsmiləşdirib.

Azad agent statusu ilə komandaya qoşulan 32 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb. Sözləşmədə müddətin daha bir il uzadıla biləcəyi barədə bənd də yer alıb.

Karyerası ərzində Portuqaliyanın "Benfika", İspaniyanın "Valensiya", "Barselona", İngiltərənin "Everton" və Fransanın "Lill" klublarında çıxış edən Qomeş bir çox uğura imza atıb. O, "Barselona" ilə İspaniya çempionu (2017/18) olub, iki dəfə Kral Kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb. "Benfika"nın yetirməsi olan yarımmüdafiəçi Portuqaliya klubunda çempion, ölkə kubokunun və liqa kubokunun qalibi olub.

Portuqaliya yığmasının heyətində 29 oyun keçirən təcrübəli oyunçu 2016-cı ildə Avropa çempionu tituluna sahib çıxıb.

Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi bu keçid üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

Xəbər lenti