IMG-LOGO

"Arsenal" Bukayo Saka ilə müqavilənin müddətini uzadıb

19 Feb 2026 21:39 3 baxış
IMG

İngiltərə təmsilçisi "Arsenal" hücumameyilli yarımmüdafiəçisi Bukayo Saka ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Saka "Arsenal"ın yetirməsidir. O, cari mövsüm "topçular"ın heyətində 34 oyunda meydana çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Ümumilikdə Saka "Arsenal"da 297 oyunda forma geyinib, 78 qola imza atıb və 78 assist edib.

Xəbər lenti