AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin sədri dəyişib.
"Report" xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında verilib.
Toplantıda komitənin sədri Tural Eyvazovun öz xahişi ilə vəzifəsindən ayrılması ilə bağlı ərizəsi qəbul edilib.
Qərara əsasən, komitəyə Sərxan İbadov yeni sədr seçilib.