İspaniya vitse-çempionu "Real"ın braziliyalı hücumçusu Vinisius Junior Çempionlar Liqası pley-offunun ilk oyununda Portuqaliya "Benfika"sına qarşı qol vurub.
Lent.a-zın xarici mediaya istinadən verdiyi xəbərə görə, Vinisius Çempionlar Liqasında 31-ci qolunu vuraraq, bütün zamanların braziliyalılar arasında Çempionlar Liqasındakı qollar siyahısında ikinci yerə yüksəlib.
O, "Milan" və "Real"ın keçmiş yarımmüdafiəçisi Kakanı (30 qol) geridə qoyub.
"Barselona" və PSJ-nin keçmiş hücumçusu Neymar birinci yerdədir (43 qol).
Vinisius Junior futbol Çempionlar Liqası