IMG-LOGO

Futzal üzrə Azərbaycan Yüksək Liqası: "Neftçi" İK "Lənkəran"a böyük hesabla qalib gəlib

19 Feb 2026 18:08 3 baxış
IMG

Futzal üzrə Azərbaycan Yüksək Liqasının XI turunda 2 oyun keçirilib.

"Report" xəbər verir ki, "Lənkəran" kollektivi ilə üz-üzə gələn "Neftçi" İK 19:0 hesabı ilə qalib gəlib.

"Araz-Naxçıvan" isə "Baku Fire"ni 8:3 hesabı ilə məğlub edib. Hər iki qarşılaşma "Olimpik Star"da baş tutub.

Qeyd edək ki, turun U-19 – "Şuşa" matçı fevralın 21-də keçiriləcək.

Xal durumu: "Neftçi" İK – 28, "Araz-Naxçıvan" – 28, "Baku Fire" – 20, "Şuşa" – 12, U-19 – 6, Lənkəran – 0.

Xəbər lenti