IMG-LOGO

"Milan" rəhbərliyi 40 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir

19 Feb 2026 17:01 4 baxış
IMG

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç daha bir mövsüm "Milan"da oynaya bilər.

"Report" "Calciomercato"ya istinadən xəbər verir ki, klub rəhbərliyi 40 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir.

Xorvatiyalı oyunçunun Milan təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Lakin sözləşmədə onun istəyi ilə müqaviləni daha bir il uzatmaq bəndi yer alıb. Təcrübəli yarımmüdafiəçinin bu seçimdən istifadə edəcəyi gözlənilir.

Qeyd edək ki, L.Modriç 2025-ci ildə "Real"dan (İspaniya) azad agent statusu ilə "Milan"a keçib. O, cari mövsümdə İtaliya klubunun heyətində bütün turnirlər daxil olmaqla 27 matça çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti