IMG-LOGO

Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirindəki ilk oyununda böyük hesabla uduzub

19 Feb 2026 15:37 4 baxış
IMG

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində ilk oyuna çıxıb.

"Report" xəbər verir ki, B qrupunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:7 hesabı ilə uduzub.

Azərbaycan komandasının heyətində qolu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.

Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçirilib.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.

Xəbər lenti