İngiltərənin "Liverpul" klubu yay transfer dönəmində futbolçusu Məhəmməd Salahla yollarını ayıra bilər.
"Report" "MatchDay Central"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 33 yaşlı hücumçu üçün 55 milyon funt sterlinqdən (62 milyon avro) yuxarı təklifləri dəyərləndirməyə hazırdır.
Səudiyyə Ərəbistanı klublar misirli oyunçu ilə maraqlanır.
2017-ci ildən "Liverpul"da çıxış edən Salah cari mövsüm bütün yarışlarda 27 matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı ölkə çempionu ilə 2027-ci ilin yayınadək müqaviləsi var.