IMG-LOGO

Samuxda başından balta ilə xəsarət alan şəxs xəstəxanada ölüb

19 Feb 2026 14:44 2 baxış
IMG

Samux rayonunda başından balata ilə xəsarət alan şəxs xəstəxanada həyatını itirib.

"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon sakini, 1955-ci il təvəllüdlü P.Poladov baş nahiyəsindən balta ilə ağır xəsarət alıb.

O, Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti