"Barselona" Ramazan ayında oruc tutacaq gənc ulduz Lamin Yamal üçün xüsusi qidalanma proqramı hazırlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, texniki və tibbi heyət oyunçunun fiziki performansını qorumaq üçün ətraflı qidalanma və məşq proqramı hazırlayıb. Məşq tempi, maye balansı və bərpa prosesi yaxından izləniləcək.
İddia olunur ki, Kataloniya klubu Ramazan ayında oruc tutacaq Lamin Yamal üçün performansının aşağı düşməsinin qarşısını almaq üçün fərdi qidalanma proqramı hazırlayıb.
Proqramın bir hissəsi olaraq, oyunçunun məşq tempi, maye balansı və bərpa prosesi yaxından izləniləcək. "Barselona" gənc futbolçunun performansını çətin oyun qrafiki arasında ən yüksək səviyyədə saxlamağı hədəfləyir.
Lamin Yamal