IMG-LOGO

Azərbaycanda sabah pensiyalar tam ödəniləcək

19 Feb 2026 11:17 4 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sabah pensiyaların ödənilməsini tam yekunlaşdırmağı planlaşdırır.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilib ki, fevralın 20-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərə də ödəniş ediləcək.

1 yanvar 2026-cı ilə qədər təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 % indeksləşdirilərək artırılıb.

Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödəniləcək.

Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

Xəbər lenti