UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilir.
"Report" xəbər verir ki, "Samsunspor" Şimali Makedoniyada "Şkendiya"nın qonağı olacaq.
"Yagelloniya" evdə "Fiorentina" ilə görüşcək. İngiltərənin "Kristal Pelas" klubu isə Bosniya və Herseqovinada "Zriniski" ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası,
Pley-off mərhələsi, ilk oyunlar
19 fevral
21:45. "KuPS" (Finlandiya) – "Lex" (Polşa)
21:45. "Noa" (Ermənistan) – AZ (Niderland)
21:45. "Zrinski" (Bosniya və Herseqovina) – "Kristal Pelas" (İngiltərə)
21:45. "Siqma" (Çexiya) – "Lozanna" (İsveçrə)
00:00. "Yagelloniya" (Polşa) – "Fiorentina" (İtaliya)
00:00. "Şkendiya" (Şimali Makedoniya)– "Samsunspor" (Türkiyə)
00:00. "Drita" (Kosovo) – "Sele" (Sloveniya)
00:00. "Omoniya" (Kipr) – "Riyeka" (Xorvatiya)
Qeyd edək ki, bu mərhələnin cavab oyunları bir həftə sonra keçiriləcək.